Tunisdə idarəçilik böhranı – hərbçilər parlamenti mühasirəyə alıb
Hurriyyet.org xəbər verir ki, Tunis parlamentinin binası hərbçilər tərəfindən mühasirəyə alınıb.
Tunis Prezidenti Kais Səid Baş nazir Hişam əl Məşişini istefaya göndərdikdən və Nazirlər Kabinetinin fəaliabinetinin fəaliabinetinin fəaliyyətini dondurduqdan bir neçə saat sonra parlament binasını hərbi texnika mühasirəyə alıb.
Əhali hərbçilərin gəlişinini alqışlarla qarşılayıb və milli himni oxumağa başlayıb. Bundan əvvəl Prezident deputatların toxunulmazlığını ləğv edərək, parlamentin işini dondurmağı qərara almışdı. Bu qərarı o, bazar günü Tunisdə hökumət əleyhinə keçirilən etirazlardan sonra verib. Tunis mətbuatının yazdığına görə, vətəndaşlar hökumətin koronavirusun yayılması problemini həll eləmək üsulundan narazıdırlar.
Parlamentin spikeri, islamçı “Ən Nahda” partiyasının lideri Əl Hannuşi artıq Prezidentin addımlarını “çevriliş” adlandırıb. Kais Səid ona və əleyhinə məhkəmə işi başladılmış 64 nəfər deputata ölkə ərazisini tərk eləməyi qadağan edib.
Tunisin Baş naziri isə hökumət binasından çıxaraq naməlum istiqamətə yola düşüb.