Saat:14:20
Haqqımızda

Tunisdə gecələr küçəyə çıxmaq qadağan olundu

2021-07-27 14:56:00

Tunisdə gecələr küçəyə çıxmaq qadağan olundu

Hurriyyet.org xəbər verir ki, Tunisdə dünəndən etibarən bir aylıq müddət ərzində küçəyə çıxmaq qadağan edilib. Bundan başqa meydanlarda və küçələrdə 3 nəfərdən artıq şəxsin bir yerə toplaşması qadağan edilib.

Tunis Prezidenti Kais Səidin dünən verdiyi qərarda deyilir: “bu axşamdan başlayaraq, 27 avqusta qədər insanların və avtomobillərin 19.00-dan 06.00-a qədər küçəyə çıxmaları qadağan edilir”.

Yalnız müəyyən sahədə çalışanlar bu qadağandan azaddırlar.

Dövlət idarələrində iş iki günlüyə dayandırılıb.

Xəbər verdiyimiz kimi, dünən Tunis Prezidenti Kais Said parlamentin və Nazirlər Kabinetinin fəaliyyətini dondurduğunu, millət vəkillərinin toxunulmazlığını ləğv elədiyini, Baş nazir Hişam əl Məşişini istefaya göndərdiyini bəyan edib, yeni Baş nazir təyin edəcəyini bildirib. Prezidentin bu addımları dünya mətbuatında çevriliş kimi qiymətləndirir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR