Saat:17:15
Haqqımızda

Treysinin ardınca Kopırkin də Zəngəzura gəldi – Nə baş verir?

2022-05-25 16:27:00

Treysinin ardınca Kopırkin də Zəngəzura gəldi – Nə baş verir?

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Zəngəzura gəlib.

Hurriyyet.az xəbər verir ki, səfərinin ilk günündə Kopırkin 2020-ci ilin 9 noyabrında vurulan Mi-24 helikopterinin heyətinin şərəfinə qoyulan heykəli ziyarət edib.

Səfir daha sonra sərhəd məntəqələrini gəzib və “Tex”, “Paruyr Sevak” məntəqələrində rus sərhədçiləri ilə görüşüb (Ermənistan sərhədlərini Rusiya sərhədçiləri qoruyur – red.).

Kopırkin Qafan rayon administrasiyasının rəhbəri ilə də görüş keçirib.

Qeyd edək ki, ötən gün ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Zəngəzura səfər etmiş və qubernatorla görüşmüşdü.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR