“Trendyol” qərar verdi: Bakı karqoları sıradan çıxacaq?
“Тrendyol”la rəqabət aparmaq istəyirlərsə, müştərilərini itirmək istəmirlərsə, yerli karqo şirkətləri vəziyyətə uyğunlaşmalı və daha keyfiyyətli, daha ucuz xidmət göstərməyə alışmalıdırlar.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadiyyatçı Natiq Cəfərli bildirib.
“Тrendyol" kifayət qədər populyar bir şirkətdir, Azərbaycanda da tanınır. Onun məhsulu müştəriyə birbaşa çatdırması barədə qərarı təbii ki, Azərbaycandakı karqo şirkətlərinə mənfi təsir göstərəcək. Onlar da “Тrendyol”la rəqabətə görə öz qiymətlərində və göstərdiyi xidmətlərdə daha uğurlu təkliflər etməlidirlər ki, vətəndaşların yerli karqo şirkətlərindən istifadə etmələri üçün əsas yaransın”, - deyə iqtisadçı qeyd edib.
Xatırladaq ki, Türkiyənin məşhur elektron ticarət platforması olan “Тrendyol” məhsullarını alıcılara birbaşa, karqo şirkətlərinin vasitəçiliyi olmadan çatdırılması barədə qərar verib. Qərara əsasən, bu məqsədlə məhsulların əsas satış bazarları olan Avropa və Yaxın Şərq ölkələrində çeşidləmə mərkəzləri və anbarlar yaradılacaq.