Transferlərdən pul qazanan işbazlar: Nazirlik xəbərdardır, amma...

2022-08-02 11:51:00

Transferlərdən pul qazanan işbazlar: Nazirlik xəbərdardır, amma...

İyulun 25-dən 31-dək tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi aparıldı.

Qeyd edək ki, tələbələrin köçürülməsi 2016-cı ildən transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Portal Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsi və şəffaflığın təmin olunması məqsədilə yaradılıb. Ancaq təəssüf ki, bəzi işbazlar bu imkandan öz məqsədləri üçün istifadə edib gəlir əldə edirlər. Belə ki, bəzi kodlaşdırma mərkəzləri, işbazlar hər il köçürülmə zamanı tələbələrə öz “xidmətlərini” təklif edirlər. Ən pisi isə odur ki, kluarlarda onların qanunsuz köçürmələrə qədər əllərinin “girdiyi” danışılır.

Hər il tələbə qəbulu dövründə də iş başında olan bu adamlar dövlət universitetinə qəbul olmaq üçün balı çatmayan tələbələrə hansı özəl ali təhsil müəssisəsinə qəbul olunmasından asılı olmayaraq bir semester sonra onları istədikləri universitetə köçürüləcəyi vədini verirlər. Bəzən belə də olur.

Bu məsələ ilə bağlı, daha bir sual cavabsızdır: bir dövlət universitetində hər hansı ixtisas üzrə tutaq ki, 50 plan yeri olduğu halda, bir semester sonra ora əlavə olaraq necə 10 tələbə qəbul etdirilir?! Digər bir tərəfdən bu tələbəsi azalan universitetin maliyyə sistemini zədələyir, hər hansı fakültədə 200 tələbə üçün hesablamalar aparmış, infrastrukturunu, kadr bazasını buna uyğun qurmuş universitet bir semester sonra sürprizlə üzləşir və tutaq ki, 150 tələbə ilə yoluna davam edir.

Və nəhayət, köçürülmə üçün hər hansı ixtisasa qəbul olmuş tələbələr bir çox sayda tələbənin haqqını əlindən alır, onların yerini tutur və bir semester sonra digər yerlərə transfer olaraq, tutduğu yeri boşaldır, universitetə isə təbii ki, həmin yerə qəbul aoarmağa icazə verilmir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056205