Saat:16:23
Haqqımızda

Trampın Pakistandan tələbi nədir? Əhali qiyam edə bilər

2025-12-17 12:55:41

Trampın Pakistandan tələbi nədir? Əhali qiyam edə bilər

Hurriyyet.az xəbər verir ki, Pakistan ordusunun Baş komandanı Asim Munir ABŞ Prezidenti Donald Tramp ilə görüşmək üçün yaxın həftələrdə Vaşinqtona səfər edəcək. Bu, son altı ay ərzində üçüncü səfər olacaq. "Röyter" agentliyinə məlumat verən mənbələrin sözlərinə görə, səfərin məqsədinin Qəzza sektorundakı qüvvələrlə bağlı olduğu güman edilir. Mənbələr qeyd ediblər ki, Qəzzada vəziyyətin sabitləşməsi məqsədilə qüvvələrin göndərilməsi üçün Vaşiqnton İslamabada təzyiq göstərir.
Missiyada iştirakdan imtina Trampda qəzəb doğura və Pakistanı təhlükəsizlik sahəsində çox mühüm olan ABŞ sərmayəsindən məhrum edə bilər.
ABŞ bölgənin bərpa edilməsinə nəzarətin və HƏMAS-ın silahsızlaşdırılması məsələsinin müsəlman qüvvələrin öz üzərlərinə götürmələrinə çalışır. 
Belə bir addım Pakistanın daxlində güclü ictimai etiraza səbəb ola bilər. Tapşırığın yerinə yetirilməsi üçün əsgər göndərilməsi İsrailə dəstək kimi qəbul edilə və kütləvi iğtişaşlara səbəb ola bilər.
Hürr Tərcüman