Trampın övladlarının anası dəfn edildi

2022-07-21 11:58:00

Trampın övladlarının anası dəfn edildi

Hurriyyet.az “Anadolu Agentliyi”nə  istinadla xəbər verir ki, ABŞ-ın keçmiş Prezidenti Donald Trampın ilk həyat yoldaşı və üç övladının anası İvana Tramp üçün dəfn mərasimi təşkil edilib. Dəfn mərasimində Donald Tramp, indiki həyat yoldaşı Melani Tramp, oğlu Barron iştirak edib. Mərasimdə mərhum İvana Trampın övladları – İvanka, oğul Donald və Erik Tramp öz həyat yoldaşları və övladları ilə birlikdə iştirak ediblər.

Əslən çexoslovakiyalı olan İvana Donald Tramp ilə 1977-1992-ci illər arasında evli olmuş, ayrıldıqdan sonra isə cəvahirat, geyim və kosmetika sahələrində bizneslə məşğul olmuşdu.

Tramp 73 yaşında vəfat edən ilk həyat yoldaşı barəsində bunları söyləyib: “İlhamverici bir həyat sürən, gözəl və möhtəşəm bir qadın idi. Qüruru və sevinci üç övladı Donald, İvanka və Erik idi. Hamımız onunla fəxr edirdik, o da övladları ilə fəxr edirdi. Hüzur içərisində yat, İvana!”

Hürr Tərcüman

Will miss her forever': Donald Trump's daughter reacts to mother's death -  World News


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062879