Trampın komandası Rusiyanın xeyrinə çalışmağa başlayıb
2025-03-10 16:59:47

Hurriyyet.az "Lenta.ru" portalına istinadla xəbər verir ki, Trampın müşavirləri Rusiyaya qarşı sanksiyaların yumşaldılması planı üzərində işləməyə başlayıblar.
Bu barədə "Blumberq" ("Bloomberg") nəşri mənbələrə istinadla məlumat verib. Məqalədə deyilir: "Müzakirələrə bələd olan şəxslərin sözlərinə görə, Trampın müşavirləri artıq Rusiyaya qarşı sanksiyaların yumşaldılması planını hazırlayırlar".
Moskvaya sanksiya təzyiqinin zəiflədilməsi planında neft qiymətlərinə təsir edən məhdudiyyətlər məsələsinə də toxunulacaq.
Hürr Tərcüman
