Saat:14:08
Haqqımızda

Trampın komandası ilə Aİ rəhbərliyi arasında gərginlik var? Diplomatların görüşü baş tutmadı

2025-11-25 12:30:00

Trampın komandası ilə Aİ rəhbərliyi arasında gərginlik var? Diplomatların görüşü baş tutmadı

Hurriyyet.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubio Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla görüşdən imtina edib. Bu barədə "Politiko" nəşri Avropa məmurlarına istinadla məlumat verib. Mənbələrin sözlərinə görə, bu qərarın səbəblərindən biri son aylarda Kallas ilə Trampın komandası arasındakı münasibətlərin gərginləşməsi ola bilər. 
Nəşr vurğulayır ki, ABŞ-ın Ukraynada mümkün sülh planı ətrafında davam edən müzakirələr fonunda yüksək səviyyəli təmasların olmaması Vaşinqton ilə Brüsselin Ukrayna məsələsində mövqelərinin əlaqələndirilməsini çətinləşdirir.
Hürr Tərcüman