Trampın keçmiş müşaviri Bolton: Türkiyənin NATO üzvlüyünə yenidən baxılmalıdır

2023-01-03 15:42:00

Trampın keçmiş müşaviri Bolton: Türkiyənin NATO üzvlüyünə yenidən baxılmalıdır

Trampın keçmiş müşaviri Bolton Rusiya ilə əlaqələrinə görə Türkiyənin NATO üzvlüyünə yenidən baxmağı təklif edib. Belə ki, keçmiş prezident Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton “The Telegraph” üçün məqalə yazıb və Rusiya ilə əməkdaşlığı fonunda Türkiyənin NATO-ya üzvlüyünün davam etdirilməsinə şübhəsini ifadə edib.
“Təəssüf ki, Türkiyə də daxil olmaqla Rusiyanın kommersiya və hərbi tərəfdaşları hələ də onu tərk etməyiblər və prezidenti Ərdoğan yenidən seçilərsə Türkiyənin 2023-cü ildə NATO-ya üzvlüyü sual altında qalacaq", deyə Bolton yazaraq, "əsl problem Qərbin birliyi və qətiyyətidir. Nə bu nə digərinə zəmanət verilmir", bu fikri də əlavə edib.
O, həmçinin qeyd edib ki, Almaniyanın müdafiə xərclərini artırmaq niyyəti ilə bağlı bəyanatları hələ də baş tutmayıb. "Almaniyanın 2023-cü ildə müntəzəm müdafiə büdcəsi 2022-ci ilə nisbətən daha az olacaq", deyən Bolton, Bundesver üçün xüsusi yaradılmış fonddan 100 milyard avro məbləğində vəsaitin hələ də silah və hərbi texnikanın modernləşdirilməsinə sərf edilmədiyini bildirib. Eyni zamanda Trampın keçmiş köməkçisi qeyd edib ki, Ukraynada münaqişənin uzanması Qərbdə narazılığın artmasına səbəb olacaq.
Öz növbəsində Türkiyə də Rusiya və ya digər ölkələrlə əlaqələri davam etdirməyi indiki öhdəliklərinə zidd hesab etmir. Bunu “Kriter” jurnalına müsahibəsində Ərdoğanın rəsmi nümayəndəsi İbrahim Kalın deyib.
Kalın, "Türkiyənin NATO üzvü və Qərb alyansının üzvü olması onun Çin, Rusiya, Yaxın Şərq, Afrika və Latın Amerikası ilə yaxşı münasibətlər qurmasına mane olmur. ABŞ-la müttəfiqlik müəyyən sahələrdə Rusiya ilə əməkdaşlıq etməyimizə mane olmur. Yaxın Şərqlə yaxşı münasibətlərin inkişaf etdirilməsi Avropa ilə əlaqələrimizi heçə endirmir. Axı xarici siyasət sıfır məbləğli oyun deyil", deyə ifadə edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.229740