Saat:06:00
Haqqımızda

Trampın Bakı ilə bağlı qərarında mühüm məqam

2025-04-03 10:53:13

Trampın Bakı ilə bağlı qərarında mühüm məqam

Avropa ölkələri ilə müqayisədə Azərbaycana tətbiq edilən tariflər ən aşağı tariflərdir. Hətta belə deyək ki, Azərbaycana daha dostyana yanaşılıb.

Hurriyyet.az xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli ABŞ Prezidenti Donald Trampın Azərbaycan üçün 10 faizlik gömrük rüsumu müəyyən etməsi ilə bağl danışarkən deyib.

“Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi, təəssüf ki, o qədər də böyük deyil. Azərbaycanın ABŞ-a ixracatı çox aşağı səviyyədədir. ABŞ Azərbaycanın ticarət tərəfdaşları siyahısında ilk 15-likdə də yer almır. Buna görə də bu sanksiyaların Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacaq”, - o bildirib.

N.Cəfərli qeyd edib ki, burada diqqətçəkici məqam ABŞ-ın Azərbaycana yanaşmasının daha yumşaq olmasıdır:

“Bu da Tramp administrasiyasının gələcəkdə Azərbaycanla yaxşı münasibətlər qurmaqda maraqlı olduğunu sübut edir”.

Axar.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171086