Saat:09:21
Haqqımızda

Trampdan neftin qiyməti ilə bağlı mühüm çağırış

2025-06-23 23:40:02

Trampdan neftin qiyməti ilə bağlı mühüm çağırış

ABŞ Prezidenti Donald Tramp İranla münaqişə fonunda neftin qiymətinin yüksəlməsinə yol verməməyə çağırıb.

Hurriyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" paltformasında yazıb.

"Hamınız neftin qiymətini aşağı səviyyədə saxlayın. Mən izləyirəm! Düşmənin əlinə oynayırsınız. Bunu etməyin", - deyə o vurğulayıb.

Tramp həmçinin ABŞ Energetika Nazirliyinə "qazma işləri aparmağı" tapşırıb.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsindən sonra "Brent" markalı neftin qiyməti yanvar ayından bəri ilk dəfə olaraq 80 dolları (təxminən 136 manat - red.) ötüb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.230372