Saat:15:35
Haqqımızda

Trampdan “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı fərman

2025-03-15 22:05:25

Trampdan “Azadlıq radiosu” və “Amerikanın səsi” ilə bağlı fərman

Martın 14-də ABŞ Prezidenti Donald Tramp 7 federal qurumun ləğvi barədə fərman imzalayıb.

Müvafiq fərman Ağ Evin rəsmi saytında dərc edilib.

Həmin qurumlar arasında “Azadlıq radiosu” və “Amerikanın səsi”ni idarə edən Qlobal Media Agentliyi də yer alır.

Sənəddə həmçinin bildirilir ki, Tramp bu qərarı federal bürokratiyanın həcmini azaltmaq məqsədilə qəbul edib.

Xatırladaq ki, ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Amerikanın “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu demişdi. \\Cebheinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.193743