Saat:09:23
Haqqımızda

Trampa sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verdi

2024-07-23 18:55:03

Trampa sui-qəsd cəhdindən sonra ABŞ Məxfi Xidmətinin rəhbəri istefa verdi

Hurriyyet.az xəbər verir ki, ABŞ Məxfi Xidmətinin direktoru Kimberli Çitl eks-prezident Donald Trampa atəş açılmasını rəhbərlik elədiyi idarənin uğursuzluğu olduğunu bildirdikdən sonra istefa verib.
Bəlli olduğu kimi,  iyulun 13-də keçirilən seçkiqabağı mitinq zamanı eks-prezident Donald Trampa qarşı sui-qəsd cəhdi edilmişdi.
Çitl Nümayəndələr Palatasının Nəzarət Komitəsinin dünən keçirilən dinləmələrində deyib: “Biz uğursuz olduq. Məxfi Xidmətin direktoru kimi mən bütün təhlükəsizlik pozuntularına görə məsuliyyəti öz üzərimə götürürəm. İyulun 13-də keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi Məxfi Xidmətin onilliklər ərzində ən böyük uğursuzluğudur".
Hürr Tərcüman 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.164054