Saat:00:01
Haqqımızda

Tramp Zelenskinin getməsini istəyir: "Ukraynada seçkilər keçirilməlidir"

2025-02-20 13:00:08

Tramp Zelenskinin getməsini istəyir:

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada seçkilərin keşirilməsinin zəruri olduğunu, seçkilərin vaxtının çatdığını bəyan edib.
Ağ Evin rəhbəri jurnalistlərə açıqlamasında deyib: "Baxın, seçkilərin vaxtı çatıb. Çoxdandır seçki keçirilmir. "Bilirsinizmi, biz seçki keçirə bilmirik" demək yaxşıdır. Amma seçkilərin vaxtıdır".
Budan əvvəl Tramp bəyan etmişdi ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin əhali arasındakı müsbət reytinqi cəmi 4%-ə düşüb və Ukraynadakı münqaişənin nizamlanması ilə bağlı danışıqlar masasında Kiyevə yer verilməsi üçün ölkədə mütləq yeni seçkilər keçirilməlidir. Bunun cavabında Zelenski Trampın Rusiyanın dezinformasiyasının qurbanı olduğunu, 4% rəqəminin həqiqəti əks etdirmədiyini söyləmişdi. Tramp fevralın 19-da, axşam saatlarındakı çıxışında Zelenskini seçkilərdən imtina etdiyi üçün "diktator" adlandırmış, "olduqca aşağı reytinqi" olduğunu bir daha xatırlatmışdı.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.156579