Tramp Zelenski ilə görüşəsi oldu - Yenə səs-küylü bəyanatlar səsləndirib
ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək qərarına gəlib.
Hurriyyet.az xəbər verir ki, D.Tramp Ukrayna Prezidentilə bu gün görüşüəcəyini bəyan edib.
“NBC News” qeyd edir ki, görüş Nyu-Yorkda baş tutacaq. Sabiq ABŞ prezidentinin sözlərinə görə, o, Zelenski ilə “Tramp Tower”də görüşəcək.
Tramp eyni zamanda, növbəti dəfə Ukraynadakı müharibə ilə bağlı da səs-küylü bəyanatlar səsləndirib: "Ukraynada baş verənlər utancvericidir: bu qədər ölüm, bu qədər dağıntı. Bu, dəhşətli bir şeydir. Məni çox narahat edən şeylərdən biri də Avropanın Ukraynaya ABŞ-nin verdiyi pulun yalnız kiçik bir hissəsi qədər pul ödəməsidir”.
Qeyd edək ki, bundan əvvəl Trampın Zelenski ilə görüşmək istəmədiyi barədə məlumatlar yayılmışdı. Həmçinin, media Zelenskinin Trampla onun Mar-a-Laqo iqamətgahında görüşməyə razı olmadığını yazıb. Səbəb kimi isə bunun onun seçkilərdə namizədliyinə dəstək ifadəsi kimi qəbul oluna biləcəyi göstərilib.
Tramp Ukrayna və xüsusən də Zelenski ilə bağlı bir neçə səs-küylü bəyanatlar verib. Belə ki, ABŞ-ın keçmiş prezidenti Ukrayna liderini Rusiya ilə müharibəyə son qoymaq üçün razılaşmadan imtina etməkdə və Harrisi dəstəkləməkdə ittiham edib.
AzPolitika.info