Saat:08:24
Haqqımızda

Tramp yeganə şəxsdir: Putini ABŞ-a çağıracaq

2024-12-14 10:23:44

Tramp yeganə şəxsdir: Putini ABŞ-a çağıracaq

Donald Tramp Ukraynada müharibəni dayandıra biləcək yeganə şəxsdir və onun köməyi ilə yaxın bir neçə ay ərzində müharibə bitə bilər.

Hurriyyet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

"Söhbət Ukrayna və Rusiyadan gedirsə, mən həqiqətən inanıram ki, yaxın bir neçə ay ərzində hər şey həll olunacaq, çünki bunu edə biləcək yeganə şəxs Prezident Donald Trampdır. Onlar (ruslar və ukraynalılar) bir-birini öldürməkdən yorulublar", - deyə o bildirib.

O, həmçinin Trampın Vladimir Zelenski və Vladimir Putini Vaşinqtona dəvət edib orada danışıqlar apara biləcəyi variantını da istisna etməyib./axar.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.210721