Tramp Venesuela gəmilərini blokadaya saldıqlarını bəyan etdi
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Venesuelaya daxil olan və oradan gedən, sanksiya altında olan neft tankerlərinin hamısının blokadaya salındığını bəyan edib. Tramp sahibi olduğu "Truth Social" şəbəkəsində yazıb: "Mən Venesuelaya gedib-gələn bütün sanksiyalı neft tankerlərinin tam və hərtərəfli blokada altına salınmasını əmr edirəm".
O, həmçinin Bolivar Respublikasının hazırkı hakimiyyətini "ABŞ vəsaitlərinin oğurlanması, terrorçuluq, narkotik qaçaqmalçılığı və insan alveri səbəbindən" xarici terror təşkilatı kimi tanıdığını da bəyan edib. Ağ Ev rəhbəri ABŞ-nin Venesuela ətrafındakı hərbi fəaliyyətinin Karakasın "əvvəllər bizdən oğurladıqları bütün neft, torpaq və digər aktivləri ABŞ-yə qaytarana qədər" güclənəcəyini bildirib.
Hürr Tərcüman
