Saat:00:45
Haqqımızda

Tramp Ukraynaya hərbi yardımı dayandırdı - Kiyev sülhə məcbur edilir?

2025-03-04 12:39:31

Tramp Ukraynaya hərbi yardımı dayandırdı - Kiyev sülhə məcbur edilir?

HƏTTA YOLA SALINMIŞ SİLAHLAR DA UKRAYNAYA VERİLMƏYƏCƏK
Hurriyyet.az xəbər verir ki, ABŞ Ukraynaya hərbi yardımı, hətta yola salınmış tədarükləri də dayandırıb.
Ağ Evin təmsilçisi bəyan edib ki, Vaşinqton yardımın sülhə nail olmağa kömək etdiyinə əmin olmaq üçün bu məsələyə yenidən baxır.
"Blumberq" ("Bloomberg") nəşrinin yazdığına görə, nəinki gələcək tədarüklər dayandırılıb, hətta yola salınmış - hazırda təyyarələrdə, gəmilərdə və Polşadakı nəqliyyat yollarında olan yardımlar da saxlanılıb. Onların arasında "kritik dərəcədə mühüm hərbi sursat", idarəolunan reaktiv yaylım atəşi sistemləri və tankəleyhinə silahlar var.
CNN qeyd edir ki, Qərb məmurlarının fikrincə Ukrayna indiki müqavimət tempini yalnız bir neçə həftə, uzağı yayın əvvəlinə qədər saxlaya bilər. O zaman ABŞ silahlarının tədarükünün dayandırılması özünü göstərməyə başlayacaq.
Bayden administrasiyası son günlərində tədarükləri sürətləndirmiş, Ukraynanı Rusiyanın dərinliklərini vurmaq imkanı verən ATACAMS raketləri də daxil olmaqla müasir silah ehtiyatları ilə təin etmişdi. Lakin tədarüklərin dayandırılması bu strategiyanı təhdid altında qoyur. Telekanal qeyd edir ki, Avropanın yardımı olsa da, Kiyev müasir silahları məhz Birləşmiş Ştatlardan alır.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.163236