Tramp arxayın danışır: "Ukraynanın başqa yolu yoxdur"
2025-03-07 09:30:00
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna ilə danışıqlarda "böyük irəliləyiş" olduğunu bəyan edib.
Tramp Ağ Evdə jurnalistlərlə görüşündə deyib: "Deyə bilərəm ki, son bir neçə gün ərzində biz həm Ukrayna, həm də Rusiya ilə danışıqlarda böyük irəliləyişə nail olmuşuq. Bu işi başa çatdırmaq çox yaxşı olardı".
Trampın fikrincə, Ukraynanın sülhə razı olmaqdan başqa yolu yoxdur: "Ukrayna sazişi imzalamaq istəyəcək, mənə elə gəlir ki, onların başqa seçimləri yoxdur. Məncə Rusiya da müqavilə bağlamaq istəyəcək".
Hürr Tərcüman
