Tramp Ukraynadakı sülh danışıqlarını "normal" adlandırdı
Hurriyyet.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında müharibənin sona çatması ilə bağlı dialoqun "normal" şəkildə davam etdiyini bildirib.
O, Vladimir Putin və Vladimir Zelenski arasındakı dərin düşmənçiliyə baxmayaraq, Vaşinqtonun prosesi irəli aparmağa çalışdığını və razılaşmalara çatmaq üçün real imkanlar axtardığını vurğulayıb.
Trampın sözlərinə görə, danışıqlar davam edir və onun fikrincə, onların dinamikası ehtiyatlı nikbinlik üçün əsas verir.
Vəziyyəti şərh edən ABŞ prezidenti, hakimiyyətdə olduğu müddətdə beynəlxalq münaqişələrin həllindəki təcrübəsinə işarə edərək, "səkkiz müharibəyə son qoyduğunu" xatırladıb.
Ukraynanı Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Andrey Qnatov təmsil edirdi.
ABŞ-ı prezidentin xüsusi elçiləri Stiv Vitkov və Cared Kuşner, eləcə də Ağ Ev nümayəndəsi Coş Qruenbaum təmsil edirdi və onlara Avropanın aparıcı milli təhlükəsizlik müşavirləri də qoşulmuşdu.
Xatırladaq ki, Tramp müasir silahlara malik yeni döyüş gəmiləri ilə öyünürdü.
Nuray
