Tramp Ukrayna torpaqlarının verilməsindən danışıb: "Onsuz da Rusiya yaxın aylarda o yerləri tuta bilər"
Hurriyyet.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiya üçün sülh planı üzrə danışıqlarda "bir neçə həll olunmamış məqam"ın olduğunu bildirdi. Tramp həmçinin Kiyevin ərazi güzəştlərinə ehtiyac olduğunu əsaslandırmaq üçün Rusiya qoşunlarının uğurlu irəliləyişini qeyd edib və insan həyatlarını xilas etmək istədiyini söyləyib.
Tramp jurnalistlərə açıqlamasında deyib: " İşlərin necə getdiyinə baxsanız görərsiniz ki, hər şey bir istiqamətdə hərəkət edir (cəbhə xətti nəzərdə tutulub- red.). Beləliklə, nəticə etibarilə, bu torpaqlar onsuz da yaxın bir neçə ay ərzində Rusiya tərəfindən ələ keçirilə bilər. Demək, döyüşmək və daha 50-60 min insan itirmək istəyirsiniz? Yoxsa, indi nəsə etmək istəyirsiniz?"
Tramp sülh üçün ilkin planın 28 maddədən ibarət olduğunu, indi isə maddələrin sayının 22-yə qədər azaldığını və həmin maddələrin əksəriyyətinin razılaşdırıldığını bildirib.
Hürr Tərcüman
