Tramp: "Ukrayna daha yoxdur"
Hurriyyet.az xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp Şimali Karolinada seçicilərlə görüş zamanı Ukraynadakı müharibə məsələsinə toxuranub. O, üç il davam edən müharibədən sonra "Ukraynanın yox olduğunu" söyləyib. Trampın nitqindən sitatlar X şəbəkəsində dərc olunub.
Trampın fikrincə, 2022-ci ilin fevralından bir neçə ay əvvəl Kiyev Moskvaya güzəştlərə getməli idi: "Çünki istənilən, hətta ən pis razılaşma - indi qarşılaşdığımız vəziyyətdən daha yaxşı olacaqdı".
"Əgər onlar pis razılaşmaya belə getsəydilər, daha çox yaxşı olardı. Onlar bir qədər güzəştə gedəcəkdilər, lakin hamısı sağ qalacaqdı, hər bir ev salamat qalacaqdı. Hər bi qüllə hələ 2000 il də var olacaqdı". Tramp Ukrayna şəhərlərinin bərpasına yüzlərlə il gedəcəyini deyib, daha sonra isə söyləyib: "hətta bütün dünya əlbir olsa belə, Ukraynanın bərpasına pul çatmayacaq".
Trampın sözlərinə görə, Zelenski hakimiyyəti əsgər çatışmazlığı səbəbindən uşaqlardan və qocalardan istifadə edir.
Hürr Tərcüman