Saat:18:08
Haqqımızda

Tramp ticarət savaşına hazırlaşır - "Narkotik axını kəsilənə qədər"

2024-11-27 11:00:05

Tramp ticarət savaşına hazırlaşır -

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn məhsullara gömrük rüsumları qoyacağı barəsində xəbərdarlıq edib. Tramp yanvarın 20-də vəzifə başına keçəndən sonra Meksika ilə Kanadadan gətirilən bütün məhsullara 25%, Çindən gələn məhsullara isə əlavə 10% gömrük rüsumu tətbiq ediləcəyini bildirib.
Amerikalı siyasətçi Meksika ilə Kanadadan ABŞ-a gedən böyük insan axınının özləri ilə indiyə qədər görünməmiş yüksək dərəcədə "cinayətkarlıq və narkotik" gətirdiklərini söyləyib. Tramp sahibi olduğu "Truth Social" sosial şəbəkəsində yazıb: "Yanvarın 20-də ilk prezident fərmanlarımdan biri Meksika və Kanadadan ABŞ-a gətirilən bütün mallara 25 faizlik rüsmunlarla bağlı olacaq. Bunun üçün lazım olan bütün sənədləri imzalayacağam. Narkotiklərin, xüsusilə də fentanilin və bütün qeyri-leqal əcnəbilərin ölkəmizə axını dayanana qədər bu rüsum qüvvədə qalacaq". Tramp Meksika ilə Kanadanın bu köhnə problemi asanlıqla nizamlamaq hüququna və hökmünə malik olduqlarını qeyd edib.
Tramp ABŞ-a göndərilən nəhəng həcmdə narkotikin, o cümlədən fentanilin axınının qarşısının kəsilməsi üçün Çin ilə çox sayda danışıqlar aparıldığını bəyan edib.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.223989