Saat:09:13
Haqqımızda

Tramp tam məxfi nüvə protokollarını Putinə ötürüb? - Eks-prezident 250 il azadlıqdan məhrum edilə bilər

2022-08-13 14:22:00

Tramp tam məxfi nüvə protokollarını Putinə ötürüb? - Eks-prezident 250 il azadlıqdan məhrum edilə bilər

ABŞ-ın keçmiş prezidenti respublikaçı Donald Tramp dövlətə xəyanətdə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilə bilər. Ekspertlər bildirirlər ki, hazırda eks-prezidentin addımlarına 1917-ci ildə qəbul olunmuş "Casusluq aktı" çərçivəsində hüquqi qiymətin verilməsi qiymətləndirilir. Faktlar məhkəmə qaydasında təsdqini taparsa, Trampa 250 il və ya 3 ömürlük həbs cəzası veriləcək.

ABŞ mediasının yaydığı xəbərlərə görə, Donald Trampın evində axtarış aparan FTB agentləri 11 dəst məxfi sənəd, o cümlədən "tam məxfi" kimi qeyd olunan və yalnız xüsusi dövlət müəssisələrində saxlanması tələb olunan sənədləri ələ keçiriblər.

Trampın oğurladığı sənədlərdə ABŞ-ın Rusiya və ya Çinə nüvə zərbəsinin protokolları ola bilər: ABŞ-ın hansı bazalarından, hansı raketlərlə zərbə endiriləcək, Rusiyanın hansı hərbi infrastruktur obyektləri hədəfə alınacaq və başqa məlumatlar. Ekspertlər bu protokolların Rusiya rəhbəri V.Putinə ötürülməsindən şübhələnirlər.

azpolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR