Tramp Səudiyyə Ərəbistanındadır
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqə səfərə başlayıb. Tramp 13-14 may tarixlərində üç ölkədə olacaq. Tramp birinci növbədə Səudiyyə Ərəbistanına yollanıb. Onun Qətər və BƏƏ dövlətlərinə dəfə səfərləri gözlənilir.
Tramp ilk dəfə olduğu kimi, ikinci dəfə də Prezident seçildikdən sonra ilk rəsmi səfərində Səudiyyə Ərəbistanına gedib. Onun vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşü və Səudiyyə Ərəbistanı-ABŞ İnvestisiya Forumunda iştirakı gözlənilir.
Trampın səfəri zamanı ikitərəfli və regional ticarət, siyasi və hərbi məsələlər müzakirə olunacaq.
ABŞ mətbuatının yazdığına görə, Tramp Səudiyyə Ərəbistanından 1 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır, Səudiyyə administrasiyası isə 600 milyard dollar sərmayə vəd edir.
Səfər zamanı ABŞ və Səudiyyə Ərəbistanı arasında mühüm ticarət və silah satışı müqavilələrinin imzalanması gözlənilir.
ABŞ prezidenti ilə Səudiyyə Ərəbistanı rəsmiləri regional və beynəlxalq məsələləri də müzakirə edəcəklər.
ABŞ ilə İran arasında nüvə danışıqları, Yəməndəki husilərin vəziyyəti, Qəzzada atəşkəsin bərqərar olması, İsraillə münasibətlər, Ukrayna-Rusiya müharibəsindəki vəziyyət kimi bir çox məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.
Hürr Tərcüman
