Saat:04:37
Haqqımızda

Tramp sabah Putinlə danışacaq

2025-03-17 09:37:49

Tramp sabah Putinlə danışacaq

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə martın 18-i telefonla danışacağını bildirib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı o, Floridadan Vaşinqtona uçarkən təyyarənin göyərtəsində jurnalistlərə açıqlamasında bildirib.

Tramp söhbət zamanı Ukraynadakı münaqişə kontekstində ərazilər məsələsini gündəmə gətirmək, həmçinin Atom Elektrik Stansiyasına (AES) nəzarəti müzakirə etmək niyyətindədir. 

“Biz bu müharibəni bitirə biləcəyimizi görmək istəyirik. Bəlkə bacarırıq, bəlkə də bacarmırıq, amma düşünürəm ki, bizim çox yaxşı şansımız var”, - deyə ABŞ Prezidenti bildirib.

Qeyd edək ki, Tramp sonuncu dəfə fevralın 12-də Putinlə telefonla danışıb.

Qafqazinfo.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.176207