Saat:05:33
Haqqımızda

Tramp: "Sabah İstanbula gedə bilərəm"

2025-05-15 12:35:18

Tramp:

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp lazım gələrsə, Ukrayna ilə bağlı danışıqlarda iştirak məqsədilə mayın 16-da İstanbula getməyə hazır olduğunu bildirib.
Tramp bəyan edib ki, zərurət yaranacağı təqdirdə mayın 16-da İstanbula səfər etməyə hazırdır. Bəlli olduğu kimi, mayın 15-də, İstanbulda 2022-ci ildən bəri ilk dəfə Rusiya və Ukrayna təmsilçilərinin birbaşa görüşü keçirilir. 
Tramp Doha şəhərində ABŞ ilə Qətərin işgüzar dairələrinin nümayəndələrinin görüşü zamanı deyib: "Mənim fikrimcə, Rusiya və Ukrayna ilə bağlı hər şey yaxşı keçəcək. Düşünün, hər həftə orta hesabla 5 min əsgər həlak olur. Baxaq görək, bunu necə dayandırmaq olar. Səfər etmək barəsində düşünürəm. Lakin bu gün və sabah çox məşğul olduğumuz üçün, bu, çox çətindir. Lakin nəsə baş verərsə, lazım gələrsə, cümə günü oraya gedərdim.
Hazırda adamlarımız artıq danışıqlar aparırlar".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.183587