Saat:19:35
Haqqımızda

Tramp Rusiyanı "Böyük səkkizliy"ə qaytarmaq istəyir

2025-02-14 11:16:18

Tramp Rusiyanı

Hurriyyet.az "Röyter" agentliyinə istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın qayıdışı ilə "Böyük səkkizliyin" yenidən qurulmasının tərəfdarı olduğunu bəyan edib. Agentlyin nəlumatına görə, Tramp bu açıqlamanı Oval kabinetdə, yeni gömrük rüsumları barəsində fərmanı imzalayarkən verib. Tramp Rusiyanın da daxil olduğu əvvəlki formata üstünlük verdiyini deyib, Rusiyanın G8-dən çıxarılmasını səhv addım adlandırıb.

Yeddilik Qrupu (G7) Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiyanın daxil olduğu, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin birliyidir. Bu klubun ilk iclası 1975-ci ildə Fransada keçirilib. və birliyə Böyük Britaniya, Qərbi Almaniya, İtaliya, ABŞ, Fransa və Yaponiya daxil olub. G7 formatı 1976-cı ildən 1997-ci ilə qədər fəaliyyət göstərdi, bundan sonra Rusiyanın qoşulması sayəsində qrup G8 kimi tanındı. Lakin 2014-cü ilin martında (Barak Obamanın prezidentliyi dövründə) Ukraynada baş verən hadisələrə və ABŞ və Avropanın Rusiya ilə münasibətlərində yaranmış gərginliyə cavab olaraq Qərb ölkələri G7 formatına qayıtmaq qərarına gəliblər.

Hürr Tərcüman 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.160508