Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı yeni rəqəmlər səsləndirib
2025-01-23 15:39:14

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə Rusiyanın müharibədəki itkiləri ilə əlaqədar yeni rəqəmlər açıqlayıb.
Onun sözlərinə görə, müharibə dövründə Rusiya 800 min nəfər, Ukrayna isə 600-700 min nəfər əsgərini itirib. Tramp deyib: "Mənim fikrimcə, əslində bu rəqəmlər daha böyükdür. Gənc əsgərlər kütləvi şəkildə həlak olurlar. Bu müharibə dayandırılmalıdır".
Tramp bundan əvvəlki çıxışlarından birində Rusiyanın 1 milyona yaxın, Ukraynanın isə 700 min nəfər hərbçisinin həlak olduğunu söyləmişdi.
Hürr Tərcüman
