Tramp qudasına vəzifə verdi
2025-05-20 11:31:33

Hurriyyet.az "Hill" nəşrinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampın qayınatası Çarlz Kuşner Birləşmiş Ştatların Fransadakı səfiri vəzifəsinə təyin edilib.
Konqres üzvlərinin 51 nəfəri yeni səfir təyinatının lehinə, 45 nəfəri isə əleyhinə səs verib.
Çarlz Kuşner Donald Trampın kürəkəni Cared Kuşnerin atasıdır. "Hill" nəşrinin yazdığına görə, Kuşnerin keçmişdə müttəhim olması onun diplomat vəzifəsinə təyin olunmasına əngəl olmayıb. Ata Kuşnerin konkret hansı ittihamlarla qarşılaşması, həbs edilib-edilməməsi barəsində təfərrüatlar açıqlanmayıb. Lakin Senatda və mediada onun bioqrafiyası və Prezident ailəsi ilə əlaqələri müzakirələr doğurub.
Hürr Tərcüman
