Tramp Putinlə telefonla danışdı – YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında yeni telefon danışığı baş tutub. Danışıq zamanı əsas müzakirə mövzularından biri İranın nüvə proqramı olub.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“Biz İran məsələsini müzakirə etdik və qeyd etdim ki, bu ölkənin nüvə silahına sahib olması yolverilməzdir. Hesab edirəm ki, bu məsələdə Putinlə ortaq mövqedəyik. Prezident Putin, ehtiyac yaranarsa, Tehranla bu məsələ ilə bağlı danışıqlarda iştirak edə biləcəyini bildirib. Bu, məsələnin daha tez həllinə yardım edə bilər”, – deyə Tramp bildirib.
ABŞ lideri İranın qərar qəbulunu gecikdirdiyini vurğulayıb: “Zaman keçir və İran hələ də konkret cavab vermir. Biz bu çox ciddi məsələ ilə bağlı qısa zamanda aydın cavab gözləyirik”.
Telefon danışığında liderlər Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi hücumlara da toxunublar.
“Ukraynanın Rusiyanın hava bazalarına hücumu və digər qarşılıqlı hücumlar barədə danışdıq. Prezident Putin bu yaxınlarda baş vermiş hücuma cavab verəcəyini çox qəti şəkildə bildirdi”, – Tramp qeyd edib. \\Globalinfo.az
*** 20:46
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Ağ Ev rəhbəri özü məlumat yayıb.
Telefon danışığı 1 saat 15 dəqiqə çəkib.
Xəbər yenilənir…
\\Globalinfo.az
