Saat:08:42
Haqqımızda

Tramp Putinin İstanbula getməkdən imtina etməsini belə izah edib

2025-05-15 12:16:58

Tramp Putinin İstanbula getməkdən imtina etməsini belə izah edib

Amerika lideri Donald Tramp orada olmasa, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlar üçün İstanbula getməsinin mənası yoxdur.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ prezidenti bildirib.

“Mən getməsəm o niyə (danışıqlar üçün İstanbula) getsin?” – deyə dövlət başçısı soruşub.

Xəbər verdiyimiz kimi, Moskva və Kiyev arasında danışıqlar bu gün – mayın 15-də İstanbulda baş tutacaq. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov daxildir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.196897