Tramp Putinin əleyhinə danışan jurnalistə sərt cavab verdi
2025-03-10 11:41:48
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Putin tərəfindən hörmətsizlik edildiyini söyləyən jurnalistə sərt cavab verib.
"Vaşinqton Post" (The Washington Post) nəşrinin əməkdaşı RF Silahlı Qüvvələrinin Ukraynaya zərbələrinin Rusiya lideri Vladimir Putinin Ağ Evin rəhbəri Donald Trampa hörmətsizliyini nümayiş etdirdiyini söyləyib.
Jurnalistin sualı belə olub: "Prezident Putin Ukraynaya hücum etməklə sizə hörmətsizlik göstərir. Siz nə etmək niyyətindəsiniz?"
Tramp cavabında "Vaşinqton Post" (The Washington Post) qəzetinin "etibarını xeyli itirdiyini" deyib.
Hürr Tərcüman
