Tramp-Putin danışıqları barəsində mətbuata sızdırılan məlumat
2025-04-04 12:38:43
Hurriyyet.az "Vestnik Kavkaz" portalına istinadla xəbər verir ki, xarici mediada RF Prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Donald Trampın yaxın zamanda telefonla danışacaqları barəsində məlumat yayılıb.
"Politiko" ("Politico") nəşri mənbələrə istinadla yaxın zamanda - bu həftənin sonları ərəfəsində dövlət başçılarının yenidən telefonla danışa biləcəklərini yazıb. Onlar axırıncı dəfə martın 18-də, ondan əvvəl isə fevralın 12-də telefon söhbəti etmişdilər.
Prezidentlərin əsas müzakirə mövzusu Ukraynadakı müharibə olub.
Hürr Tərcüman
