Saat:17:42
Haqqımızda

Tramp prezident vəzifəsində ilk xarici səfərinə hazırlaşır - Nə vaxt və hansı ölkəyə gedəcək?

2024-12-03 11:27:29

Tramp prezident vəzifəsində ilk xarici səfərinə hazırlaşır - Nə vaxt və hansı ölkəyə gedəcək?

 

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifə başına keççəndən sonra birinci dəfə hansı xarici ölkəyə səfər edəcəyini bəyan edib. 
Tramp sahibi olduğu "Truth Social" sosial şəbəkəsində yazıb: "Şənbə günü (dekabrın 7-də) Fransaya, beş il bundan əvvəl baş vermiş dağıdıcı yanğından sonra tam bərpa edilmiş tarixi Notr-Dam kilsəsinin yenidən açılmasında iştirak üçün Parisə gedəcəyini elan etmək mənim üçün böyük şərəfdir.
Prezident Emmanuel Makron Notr-Dam kilsəsinin öz şöhrətinin tam səviyyəsinə qaytarılmasına qədər bərpa edilməsini təmin etməklə möhtəşəm iş görüb. Bu, bizim hamımız üçün xüsusi gün olacaq!"
Qeyd edək ki, Donald Tramp 70 yaşlı Çarlz Kuşneri Birləşmiş ştatların Fransadakı səfiri vəzifəsinə təyin etdiyini bildirib. Çarlz Kuşnerin oğlu Cared Kuşner Donald Trampın qızı İvanka ilə evlidir. 
Hürr Tərcüman