Tramp pinqvinlərə də rüsum qoydu
2025-04-03 11:02:17

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Avstraliyanın insan yaşamayan Herd və Makdonald adalarına rüsum tətbiq edib. Bu adalar Hind okeanının cənub hissəsində yerləşir və orada çox sayda pinqvinlər, kürəkayaqlılar və dəniz quşları məskunlaşıblar.
Bu adalara 10 faiz rüsum tətbiq edilib.
Bundan əvvəl isə Tramp yeni tədbirlərin qarşılılıq prinsipləri əsasında görüləcəyini bəyan etmişdi. Onun sözlərinə görə, Vaşinqton başqa ölkələrə onların ABŞ dövlətinə münasibətləri əsasında davranacaq.
Hürr Tərcüman
