Tramp Paşinyana hədiyyə göndərib
2025-12-24 11:30:43
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Birləşmiş Ştatlardakı səfiri Narek Mkrtçyan yeni təyin edilmiş səfirlərə həsr edilmiş mərasimdə ABŞ Prezideti Donalt Trampla görüşüb.
Ermənistanın Amerikadakı səfirliyinin məlumatına görə, qısa ünsiyyət zamanı Mkrtçyan Vaşinqtonun Azərbaycanla Ermənistan arasındakı sülh prosesindəki roluna görə ABŞ liderinə təşəkkürünü bildirib.
Donald Tramp da öz növbəsində Birləşmiş Ştatların bundan sonra da regionda sülhün möhkəmlənməsini dəstəkləməyə səy göstərəcəyinə hazır olduğunu təsdiqləyib.
Bundan əlavə, Tramp Ermənistanın Baş naziri Nikol Paşinyan üçün şəxsən imzaladığı xatirə hədiyyəsini erməni tərəfinə təqdim edib.
Hürr Tərcüman
