Saat:20:14
Haqqımızda

Tramp öz sosial şəbəkəsini təqdim elədi 

2021-10-21 14:00:00

Tramp öz sosial şəbəkəsini təqdim elədi 

Hurriyyet.az BBC kanalının türk redaksiyasına xəbər verir ki,  ABŞ-ın keçmiş Prezidenti Donald Tramp öz sosial media proqramı olan “TRUTH Social” proqramının gələn aydan etibarən fəaliyyətə başlayacağını açıqlayıb. Bununla da Tramp onu sosial platformalarında qadağan edən “Feysbuk” və “Tvitter” kimi “böyük texnologiya şirkətlərinə qarşı durmağı” hədəf seçib.

Tramp məsələ ilə bağlı mətbuata açıqlamasına deyib: “Mən Böyük texnologiyaların tiranlığına qarşı durmaq üçün “TRUTH Social” ilə TMTG (Trump Media & Technology Group) medialarını yaratdım. Biz “Taliban”ın “Tvitter”də böyük fəaliyyət göstərdiyi, lakin ən sevdiyiniz Amerika prezidentinin susmağa məcbur edildiyi bir dünyada yaşayırıq. Bu, qəbuledilməzdir”.

"TMTG hamıya səsini eşitdirmək imkanı vermək üçün yaradılıb. Tezliklə sosial həqiqət barəsində fikirlərimi paylaşacağım və Böyük texnologiyalarla mübarizə aparacağım üçün çox şadam. Hamı məndən soruşur ki, niyə heç kim Böyük texnologiyalara qarşı durmur? Beləliklə, tezliklə qarşı duracağıq!”

ABŞ-da 2021-ci il yanvarın 6-da baş verən qarışıqlıqlardan sonra bir çox sosial şəbəkələr, o cümlədən “Feysbuk” ilə “Tvitter” Trampın hesablarını əngəlləyib.

“TRUTH Social” tətbiqinin gələn aydan etibarən “seçilmiş dəvətlilərlə” işə başlaması,  2022-ci ilin ilk rübündə isə geniş istifadəçi auditoriyasının ixtiyarına verilməsi planlaşdırırlır.

Hürr Tərcüman 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR