Tramp Netanyahudan narazıdır?
2025-05-13 11:26:21

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun fəaliyyətindən narazıdır və ölkəni İran ilə Səudiyyə Ərəbistanı araasında münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar prosesindən çıxarır. Bu barədə Britaniyanın "Financial Times" nəşri məlumat verib.
Nəşrin yazdığına görə, Trampın narazılığının əsas səbəbi beynəlxalq təzyiqə baxmayaraq, İsrail rəhbərliyinin Qəzza sektorunda irimiqyaslı hərbi əməliyyatlara yenidən başlamaq planı olub.
Hürr Tərcüman
