Saat:03:48
Haqqımızda

Tramp: "Müharibə Kiyevə görə başlayıb, Krım Rusiyanın olacaq"

2025-04-25 14:41:16

Tramp:

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin başlanmasına görə Kiyevi ittiham edib və Krımın Rusiyanın tərkibində qalacağını bəyan edib.
Tramp bu açıqlamanı "Taym" ("Time") jurnalına müsahibəsində verib.
Tramp müharibənin başlanmasına görə Kiyevin məsuliyyət daşıdığını söyləyib: "Məncə, onların NATO-ya daxil olmaq məsələsindən danışmağa başlamaları müharibənin başlanmasına səbəb oldu".
Tramp münaqişənin nizamlanması çərçivəsində Krımın Rusiyanın tərkibində qalacağını da deyib.
Hurr Tərcüman