Tramp: "Modi qatildir, çox qəddar adamdır"
Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp məhz özünün müdaxiləsi sayəsində Hindistan ilə Pakistana rasında silahlı münaqişənin dayandırılmasının mümkün olduğunu bildirib. Tramp iki ölkə arasında gərginliyin ən yüksək həddə çatdığı vaxt Hindistanın Baş naziri Narendra Modiyə və Pakistan rəhbərliyinə şəxsən zəng etdiyini deyib.
Tramp söyləyib: "Modiyə dedim: "Siz Pakistanla müharibəyə başlasanız, biz ticarət müqaviləsi imzalaya bilmərik". Sona Pakistana zəng edərək, xəbərdarlıq elədim ki, onların Hindistanla müharibədə olacağı müddətdə ABŞ Pakistanla ticarət etməyəcək. Axı onların ikisi də nüvə dövlətləridir".
Siyasətçinin sözlərinə görə, hər iki lider əvvəlcə öz dediklərində təkid etsələr də, tezliklə döyüşləri dayandırmağa razı olublar. Tramp deyib: "Modi çox ürəyiyumşaq adam kimi, az qala ata kimi görünür. Onu belə görmək istəyərdik. Lakin o, qatildir, çox amansızdır. İki gün sonra onlar zəng edib dedilər: "Hər şeyi anladıq".
Tramp ABŞ-nin keçmiş Prezidenti Co Baydenin belə nəticəyə nail ola bilməyəcəyini də əlavə edib.
Hürr Tərcüman
