Saat:06:47
Haqqımızda

Tramp minlərlə diplomatı işdən çıxarır - Səbəb

2025-05-30 18:23:11

Tramp minlərlə diplomatı işdən çıxarır - Səbəb

Hurriyyet.az "TRT Haber" kanalına istinadla xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi yenidənqurma siyasəti çərçivəsində 3400 əməkdaşını işdən çıxaracaq. Bununla da nazirliyin işçilərinin 18 faizi ixtisara düşmüş olur.
"CBS News" kanalının məlumatına görə, Xarici İşlər Nazirliyi tərəfindən konqresə təqdim edilən sənədlərdə ABŞ Prezidenti Donald Trampın federal hökumətdə ixtisarlar planı çərçivəsində görüləcək tədbirlərin təfərrüatları qeyd edilib.
Sənədlərdə nazirliyin tabeliyində çalışanların 18 faizinə bəabər olan 3488 nəfərin işdən çıxarılacağı, bu şəxslərin 1575 nəfərinin öz ərizəsi ilə istefa verdiyi bildirilir. Nazirliyin ölkə daxilindəki ofizlərinin 45 faizinin birləşdiriləcəyi, yaxud da bağlanacağı bildirilir. Miqrasiya xidmətində də yenidənqurmalar aparılacaq.
Həmçinin, Əfqanıstan müharibəsində ABŞ ordusuna yardım edən əfqanları dəstəkləyən proqramın da ləğv edilməsi planlaşdırılır. 
ABŞ-nin xarici işlər naziri marko Rubio X hesabında yazıb: "Yenidənqurma planı sayəsində ABŞ-nin  mənafeyini dəstəkləmək və amerikalıları dünyanın dörd tərəfində təhlükəsizlikdə saxlamaq üçün daha təchizatlı, daha çevik bir nazirlik qurulacaq".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.178012