Tramp: "Melaniya da, mən də çox kədərləndik"
2025-05-19 10:44:32

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp özünün və həyat yoldaşı Melaniyanın adından sələfi Cozef Baydeni dəstəklədiyini bildirib. Bəlli olduğu kimi, Baydendə xərçəng diaqnozu qoyulub.
Ağ Evin rəhbəri özünün "Truth Social" şəbəkəsində yazıb: "Melaniya ilə mən Co Baydenin son tibb diaqnozunu eşidəndə çox kədərləndik. Biz Cillə və ailəsinə ən səmimi və ən xoş arzularımızı bildiririk və Conun tezliklə sağalmasını arzulayırıq".
Hürr Tərcüman
