Saat:06:56
Haqqımızda

Tramp Maska ABŞ hökumətində vəzifə verdi - idarəçiliyə sahibkar yanaşması dövrü başlanacaq

2024-11-13 12:03:02

Tramp Maska ABŞ hökumətində vəzifə verdi - idarəçiliyə sahibkar yanaşması dövrü başlanacaq

Hurriyyet.az xəbər verir ki, prezident seçkilərinin qalibi Donald Tramp milyarder İlon Mask ilə sahibkar Bibek Ramasvamini ABŞ-da yeni yaradılmış Dövlət İdarəçiliyinin Effektliliyi Departamentinin rəhbərləri vəzifələrinə təyin edib.
Tramp deyib: "Bu, bizim dövrümünüzün potensial "Manhetten layihəsi" olacaq". 
Həmin layihə çərçivəsində ABŞ-da XX əsrin ortalarında atom bombası hazırlanmışdı.
Gələcək Prezidentin sözlərinə görə, Mask ilə Ramasvaminin başlayacaqları iş 2026-cı il iyulun 4-də yekunlaşacaq. Daha effektli hökumət isə Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibəti ilə ölkəyə "hədiyyə" olacaq.
Tramp bildirib: "Dövlət İdarəçiliyinin Effektliliyi Departamenti irimiqyaslı struktur islahatının keçirilməsi və idarəçiliyə əvvəllər görünməmiş sahibkar yanaşması yaratmaq üçün Ağ Ev və onun inzibati büdcə idarəsi ilə birlikdə hökumətə xaricdən rəhbərlik edəcək və məsləhətlər verəcək". 
Yeni departamentin abbreviaturası (DOGE) İlon Maskın irəli sürdüyü yeni - "Dogecoin" kriptovalyutasının adı ilə üst-üstə düşür.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199522