Saat:19:33
Haqqımızda

Tramp: "Maduronun vaxtı azalıb"

2025-11-03 11:54:03

Tramp:

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun "bu vəzifədə sayılı günlərinin qaldığını" bəyan edib.
O, bu açıqlamanı CBS News-a verdiyi müsahibədə verib. Tramp müxbirin Maduronun prezidentlik müddətinin başa çatması ilə bağlı sualının cavabında deyib: "Belə deyərdim. Düşünürəm ki, belədir". 
Bir müddət əvvəl "Miami Herald" qəzeti Vaşinqtonun Venesueladakı hərbi hədəflərə zərbələr endirməyi qərara aldığını bildirmişdi. Daha sonra ABŞ administrasiyasındakı mənbənin "Nyu-York Post" nəşrinə açıqlamasında bu məlumat təsdiqlənmişdi. Qəzetə müsahibə verən şəxs demişdi: "Maduro keçmişdə qalır, Venesuelanın azadlıq və çiçəklənmə dövrü başlanır. Artıq bir neçə gündən sonra onun barəsində keçmiş zamanda danışacaqlar. Onun fəaliyyətinə isə tarix qiymət verəcək".
Hürr Tərcüman