Tramp Kiyevlə 50 milyard dollarlıq müqaviləyə "yox" dedi
2025-04-16 17:45:58

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin "Patriot" HHM sistemlərinin və bu sistemlər üçün raketlərin alınması ilə bağlı 50 milyard dollar xərclənməsi ilə bağlı təklifini rədd edib. Almaniyanın "Bild" nəşrinin yazdığına görə, Tramp "yox" cavabını belə əsaslandırıb: "Bilirsinizmi, o (Zelenski) həmişə raketlər almaq istəyir. Lakin qulaq asın: əgər müharibəyə başlayırsınızsa, qələbə çalacağınıza əmin olmalısınız. Sizdən 20 dəfə böyük olan rəqibə qarşı savaşa başlamaq və sonra kiminsə sizə raketlər verəcəyinə ümid etmək olmaz".
Hürr Tərcüman
