Saat:18:05
Haqqımızda

Tramp İstanbula gedəcəkmi? BƏƏ-ni tərk etdikdən sonra...

2025-05-16 12:55:09

Tramp İstanbula gedəcəkmi? BƏƏ-ni tərk etdikdən sonra...

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərinə səfərinin başa çatmasından sonra cümə günü Vaşinqtona yola düşəcəyini bildirib.
Tramp deyib: "Evə qayıdacağam... Sonra bizi çox sayda işlər gözləyir".
Tramp həftə ərzindəki çıxışlarında İstanbula getmək imkanını istisna etməmişdi. Bildirmişdi ki, danışıqlarda iştirakının Ukraynadakı münaqişənin nizamlanmasına kömək edəcəyi qərarına gəlsə, cümə günü Türkiyəyə səfər edə bilər.
Tramp 15 may tarixində bildirmişdi ki, Ukraynadakı münaqişənin nizamlanması üçün onun RF Prezidenti Vladimir Putin ilə görüşü vacibdir.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.174889