Tramp: "İranın bütün nüvə obyektləri məhv edildi"
2025-06-23 08:47:50
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın iyunun 22-nə keçən gecə İrana hücumları nəticəsində İranan bütün nüvə obyektlərinin məhv edildiyini bildirib. Tramp sahibi olduğu "Truth Social" şəbəkəsində Fordo, Natanze və İsfahandakı nüvə obyektlərinə hücumların dağıdıcı olduğunu yazıb: "Peyk çəkilişləri İrandakı nüvə obyektlərinə böyük zərbə dəydiyini göstərir. Məhv edilib - dəqiq termindir!"
Amerika lideri zərbələrin "güclü və dəqiq" olduğunu əlavə edib, hücumda iştirak edən hərbçilərin Missuri ştatına qayıtdıqlarını bildirib.
Hürr Tərcüman
