Tramp: İran danışıqlar aparmalıdır, yoxsa çox pis nəticələrlə üzləşəcək
2025-05-30 23:04:32

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.
Bu barədə Donald Tramp “NBC News”-a bildirib.
Tramp İranın razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirib:
“Əgər onlar (İran) razılığa gəlməsələr, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq”, – Tramp bəyan edib. \\APA
